Tartuda Müqəddəs Valentin Günü münasibətilə "Miss Valentina" bədii gimnastika turniri keçiriləcək. Siasport.az saytı xəbər verir ki, bu il turnirdə 29 ölkədən 1000-ə yaxın gimnast iştirak edəcək. Fevralın 10-12-də İdman evində keçiriləcək turnirdə dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı, Azərbaycan idmançısı Aliyə Qarayeva da iştirak edəcək. Turnirin bağlanış mərasimi fevralın 12-də baş tutacaq, dünyanın ən yaxşı gimnastlarına mükafatlar təqdim olunacaq. "Miss Valentina" müsabiqəsi Tartuda 18-ci dəfədir təşkil olunur. İlk beynəlxalq turnir 1995-ci ildə keçirilib. O zaman turnirdə yalnız Estoniya, Latviya və Finlandiya idmançıları iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB