\"Fənərbaxça\" \"Beşiktaş\"ı devirdi, \"Şükrü Saracoğlu\"da qan töküldü!
Dünən futbol üzrə Türkiyə Superliqasında 2012-ci ilin ilk derbisi keçirilib. Siasport.az saytı xəbər verir ki, iki İstanbul nəhəngi,- \"Fənərbaxça\" və \"Beşiktaş\" \"Şükrü Saracoğlu\" stadionunda üz-üzə gəliblər. Olduqca gərgin idman mübarizəsi şəraitində keçirilən qarşılaşmada, meydan sahibləri 2:0 hesabı ilə qalib gəliblər. \"Fənərbaxça\"nın qollarına Yobo və İstanbul klubunun Fransa \"Lill\"indən 10 milyon avroya yenicə transfer etdiyi Şov imza atıblar. Qarşılaşmada hər iki klubun azarkeşləri arasında gərginlik yaranıb. \"Beşiktaş\" azarkeşləri oturacaqları yandırmağa başlayanda isə qarşı tərəfin azarkeşləri ilə fiziki qarşıdurma yaşanıb. Polisin müdaxiləsi nəticəsində tərəfləri sakitləşdirmək mümkün olsa da, baş verənlər nəticəsində 10-a qədər azarkeş yaralanaraq xəstəxanalara çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB