İspaniya çempionatı: “Barselona” “Real Sosyedad”ı məğlub etdi

İspaniya çempionatı: “Barselona” “Real Sosyedad”ı məğlub etdi

İspaniya çempionatının 22-ci turu çərçivəsində "Barselona" öz meydanında "Real Sosyedad"ı 2:1 hesabı ilə məğlub edib. Birinci qolu qonaqların qapısından 9-cu dəqiqədə hücumçu Kristian Telyo keçirib. İkinci hissədə Lionel Messi meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb (72-ci dəqiqə). Bu, argentinalı futbol ulduzunun cari çempionatda vurduğu 23-cü qol olub.


"Real Sosyedad"ın hücumçusu Karlos Vele 73-cü dəqiqədə hesab arasındakı fərqi azaldıb.


Bu qələbə sayəsində "Barselona" İspaniya çempionatındakı ev oyunlarında məğlubiyyətsizlik seriyasını 29 oyuna çatdıra bilib. "Barselona" turnir cədvəlində ikinci yeri tutur. Kataloniyalılar 48 xal toplayıblar və yalnız "Real"dan (55 xal) geri qalırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə