Azərbaycan ağır atletləri İslam Həmrəylik Çempionatında ümumi hesabda 3-cü yer tutublar
Səudiyyə Ərəbistanının Damman şəhərində ağır atletika üzrə keçirilən İslam Həmrəylik Çempionatı artıq başa çatıb. Siasport.az saytının Ağır Atletika Federasiyanın rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan milli komandası da yarışlarda iştirak edib. Belə ki, adından məlum olduğu kimi islam ölkələrinin idmançılarından təşkil olunmuş turnirdə Azərbaycan ağır atletləri 3-cü yerə layiq görülüblər.
Paşa İbrahimli 62 kq çəki dərəcəsində 3 qızıl, eyni çəki dərəcəsində Rauf Nəbiyev 2 gümüş və 69 kq çəki dərəcəsində Firudin Quliyevin qazandığı iki qızıl və 1 gümüş medal Azərbaycanı ümumi sıralamada 3-cü yerə çıxarıb.
Qeyd edək ki, ölkəmizi Misir və meydan sahibi Səudiyyə Ərəbistan yığmaları geridə qoyub.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB