Xəbər verdiyimiz kimi, futzal üzrə Azərbaycan millisi Avropa Çempionatının final mərhələsində çıxışlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, Xorvatiyanın Zaqreb şəhərində yerləşən "Zaqreb Arena"da Portuqaliya yığması ilə ilk keçirdiyi görüşdə 4:1 hesabı ilə məğlub olan Azərbaycan millisi, ikinci oyununda da minimal hesabla uduzaraq qələbəni əldən verib. Belə ki, bu dəfə Azərbaycan futzalçıları Serbiya yığması ilə qarşılaşıb. Gərgin mübarizə aparan komandaların oyunu 9:8 hesabı ilə Serbiya millisinin xeyrinə başa çatıb.
Məlumat üçün bildirək ki, Azərbaycan millisinin heyətində çıxış edən Jadder Dantes het-trikə imza atıb, Felipe isə dubl edib. Bundan başqa Rizvan Fərzəliyev və Tyaqo hərəyə 1 qol vurublar. Komandamıza 8-ci topu gətirən isə rəqib olub. Belə ki, Serbiya millisində çıxış edən Vidan Boyoviç topu öz qapısından keçirib.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB