Xəbər verdiyimiz kimi, voleybol üzrə Avropa Çempionatının 1/8 final mərhələsində ilk görüşünü səfərdə keçirən Azərbaycanın "Azərreyl" və "Rabitə" komandaları vətənə qayıda bilmir. Voleybol Federasiyasının mətbuat xidmətindən siasport.az saytına verilən xəbərə görə, Azərbaycan voleybolçularının vətənə qayıda bilməməsinin səbəbi avropada olduğu kimi Azərbaycanda da havaların pis keçməsi və "Heydər Əliyev" adına havalimanının uçuşları təxirə salmasıdır.
Qeyd edək ki, baş verən hadisələr Azərbaycan çempionatının Super Liqa yarışlarında 4-cü turun təxirə salınmasına səbəb olub.
Məlumat üçün bildirək ki, fevralın 4-də, saat 16:00-da "Rabitə- Lokomotiv" və saat 18:00-da keçiriləcək "Azərreyl-İqtisadçı" qarşılaşmaları qeyri-müəyyən vaxta təxirə salınıb.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB