“Bakı” voleybol klubu Xorvatiyanın “Zok” Rijeka komandasını 3:0 hesabı ilə məğlub edib

“Bakı” voleybol klubu Xorvatiyanın “Zok” Rijeka komandasını 3:0 hesabı ilə məğlub edib

Bakıda keçirilən qadın voleybolçulardan ibarət Çağırış Kubokunun 8/1 Final mərhələsi üzrə oyunların artıq ikinci qarşılaşması arxada qalıb.

Saisport.az saytının məlumatına görə, dünən axşam saat 19:30-da Bakı İdman Sarayında "Bakı" klubu ilə Xorvatiyanın "Zok Rijeka" klubları arasındakı oyun açıq-aşkar Azərbaycan klubunun üstünlüyü ilə keçirb. Belə ki, ilk hissəyə bərabər səviyyədə başlayan komandalar arasındakı güclü rəqabət çox uzun sürməyib. "Bakı" klubu 25:14 hesabı ilə rəqibini məğlub edib.

Məlumat üçün bildirək ki, qarşılaşmanın ikinci hissəsi də birinci ilə eyni səviyyədə keçib. Bu dəfə də "Bakı" "Zok"a 25:15 hesabı ilə qalib gəlib. Lakin üçüncü hissədə özünü ələ ala bilən Xorvatiya voleybolçuları hesab arasındakı fərqi bir o qədər də "Bakı"nın xeyrinə artırmağa imkan verməsələr də, məğlub olmaqdan (25:21) yaxa qurtara bilməyiblər.

Beləliklə, Azərbaycanın "Bakı" voleybol klubu Xorvatiyanın "Zok" Rijeka komandasını 3:0 hesabı ilə məğlub edib.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə