Keyta: "Mən pulu yox "Barselona"nı seçdim!"

Keyta: "Mən pulu yox "Barselona"nı seçdim!"
İspaniyanın "Barselona" futbol klubunun forvardı Seydou Keyta, katalon klubuna olan sevgisi barədə danışıb. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu hələ "Sevilya"da oynadığı zaman "Barselona"nın əzəli rəqibi olan "Real" və İtaliyanın "Yuventus" futbol klublarından təklif aldığını, o zaman puldan daha çox qəlbinin səsinə qulaq asdığını, elə bunun üçün də katalon klubunu seçdiyini bildirib."O zamanlar "Barselona" ağır günlər keçirirdi. Demək olar ki, heç kəs katalon klubuna getməyi düşünmürdü. Mənə də "Barselona" əvəzinə "Yuventus" və "Real"a üstünlük verməyi məsləhət bilirdilər. Amma mən qəlbimin səsinə qulaq asıb "Barselona"ya gəldim. Buna görə çox şadam ki, həyatımın ən düzgün qərarını vermişəm"-deyə S.Keyta fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə