Rusiyanın "Terek" klubunun baş məşqçisi Stanislav Çerçesov, Antalyada keçirilən Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bu gün 0:3 hesabı ilə məğlub olduqları Bakının \"Neftçi" komandası haqqında düşüncələrini klubun rəsmi saytında bölüşüb. Siasport.az saytı xəbər verir ki, sovet dövrünün parlaq futbolçularından
sayılan mütəxəssis belə hesab edir ki, Bakı təmsilçisi MDB-nin ən güclü klublarındandır: ""Neftçi" həmişə yaxşı komanda olub.Onlar bu gün də sübut etdilər ki, nəinki Azərbaycanın, həm də MDB-nin ən güclü klublarından biridir. Rəqibin son 3 oyunda qələbə qazanması da dediklərimi sübut edir. "Neftçi"nin güclü yarımmüdafiə və hücum xətti var. Rəqibimiz finala layiq idi, amma 3-cü yer də pis nəticə deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB