Antalyada təlim-məşq toplanışını davam etdirən daha bir Azərbaycan futbol klubu məğlubiyyətə düçar olub. Siasport.az saytı xəbər verir ki, söhbət "Xəzər Lənkəran" klubunun bu gün keçirdiyi növbəti yoxlama görüşündən gedir. Cənub təmsilçisinin rəqibi Rusiyanın "Şinnik" klubu olub. Qarşılaşma "Xəzər Lənkəran"ın məğlubiyyəti ilə başa çatıb. Fasiləyə 0:2 hesabı ilə məğlub yollanan Cüneyt Biçərin komandası ikinci hissədə də dönüş yarada bilməyib - 1:3.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB