Türkiyədə təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" futbol klubu, bu gün növbəti yoxlama oyununu keçirəcək. Siasport.az saytı xəbər verir ki, bu gün "Qarabağ" komandası Gürcüstanın "VİT-Georgia" klubu ilə qarşılaşacaq. Xatırladaq ki, Ağdam təmsilçisi Antalya toplanışı çərçivəsində Qazaxıstanın "Taras" (1:1), Avstriyanın "Rid" (1:3), Ukraynanın "Obolon" (0:3), Rumıniyanın "Vaslu" (1:1) və "Petrol" (2:0) komandaları ilə yoxlama oyununda qüvvəsini sınayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB