Cəbəllütariqdə "Tradewise" şahmat festivalı çərçivəsində təşkil olunan "Masters Open" turnirinə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, sonuncu turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2747) Çin şahmatçısı Xou İfan ilə qarşılaşıb. Həmyerlimiz bu dəfə qələbə seriyasını davam etdirə bilməmiş və xanım şahmatçı ilə heç-heçə edib. Nəticədə Ş.Məmmədyarov Maykl Adamsla bərabər 7,5 xal toplasa da, əlavə göstəricilərə görə 4-cü yeri tutub. "Masters Open" turnirində ümumilikdə 59 ölkədən 256 şahmatçı iştirak edib. Onlar İsveçrə sistemi ilə 10 tur oynayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB