Son bir neçə ildə oynadığı futbol ilə hər kəsin diqqətini özünə cəlb edən və getdikcə daha çox xarici klubların maraq dairəsinə düşən "Trabzonspor"un vz futbol üzrə Türkiyə millisnin 27 yaşlı hücumçusu Burak Yılmaza indi də sabiq "Qalatasaray"lı Arda Turanın heyətində çıxış etdiyi "Atletiko Madrid" futbol klubu maraq göstərir. Siasport.az saytı xəbər verir ki, Madrid təmsilçisinin idman direktoru Kaminero, İspaniya mətbuatına verdiyi açıqlamada B.Yılmazla yaxından maraqlandıqlarını açıqlayıb. Türkiyənin nüfuzlu "Millliyet" qəzeti yazır ki, "Atletiko Madrid"in idman direktoru B.Yılmazla bağlı A.Turandan bir çox məlumatlar alıb. Sabiq "Qalatasaray"lı isə B.Yılmazın hazırda Türkiyə çempionatında ən yüksək səviyyəli futbolçu olduğunu deyib və onu türk futbolunun Tiye Anrisi adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB