"Fənərbaxça" və "Beşiktaş" məğlub oldular...

"Fənərbaxça" və "Beşiktaş" məğlub oldular...
Dünən Türkiyə Superliqasının növbəti turu çərçivəsində br sıra maraqlı qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, İstanbulun "Fənərbaxça" futbol klubu, səfər qarşılaşmasında "Samsunspor"la görüşüb. Olduqca gərgin mübarizədə keçən qarşılaşmanın elə 6-cı dəqiqəsindəcə İstanbul klubu Stokhun qolu ilə heüsabda irəli çıxıb. Amma bu oyun ərzində "Fənərbaxça"nın sonuncu qol sevinci olub. Çünki qarşılaşmanın qalan hissəsində meydan sahibləri İstanbul klubunun qapısından 3 top keçirərək onu məğlubiyyətə uğradıb. Digər bir İstanbul nəhəngi olan "Beşiktaş" da əzəli rəqibi kimi "Mersin İdman Yurdu"na 0:1 hesabı ilə məğlub olaraq meydandan başıaşağı ayrılıb. Əzəli rəqiblərinin xal itkisi isə daha çox "Qalatasaray"a yarayıb. "Cim bom" hazırda turnir cədvəlinin lideridir və əzəli rəqibi olan "Fənərbaxça"nı 3 xal qabaqlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə