Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən "Xəzər Lənkəran" klubu bir neçə yoldaşlıq oyunu keçirib.
Siasport.az saytının məlumatına görə, təlim-məşq toplanışı zamanı dünən axşam komanda dördüncü yoldaşlıq oyunu keçirib. Belə ki, cənublular Antalyanın "Arkadia" idman kompleksində Rumıniya çempionatının yüksək dəstəsində çıxış edən "Vointa Sibiu" ilə qarşılaşıblar. "Xəzər Lənkəran"ın start heyətində Kamal Bayramov, Şəhriyar Xəlilov, Elnur Allahverdiyev, Zahid Quliyev, Adrian Pit, Rikardo Qomeş, Rahid Əmirquliyev, Elnur Abdullayev, Tounkara Sadio, Salif Ballo, Antonio Semedo çıxış edib. Tam fərqli start heyəti ilə oyuna çıxan Azərbaycan klubu 4:0 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu "Xəzər Lənkəran"ın Antalyada keçirdiyi təlim-məşq toplanışı zamanı ilk məğlubiyyəti olub.
Xatırladaq ki, bundan əvvəl 3 dəfə yoldaşlıq oyunu keçirən cənublular, hər üç oyunda qələbəni bayram etməyə nail olmuşdular.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB