Sabah bədii gimnastika üzrə 19-cu Açıq Bakı birinciliyi keçiriləcək

Sabah bədii gimnastika üzrə 19-cu Açıq Bakı birinciliyi keçiriləcək

Sabah Bakıda bədii gimnastika üzrə 19-cu Açıq Bakı birinciliyi keçiriləcək. Gimnastika Federasiyasından siasport.az saytına verilən xəbər görə, fevralın 3-4-də keçiriləcək birinciliyə paytaxt cəmiyyətlərindən, həmçinin digər ölkə və şəhərlərin idman təşkilatlarında olan 131 gimnast və 4 qrup komanda qatılacaq. Qeyd edək ki, yarışda Bakı Gimnastika Məktəbinin və Respublika Kompleks İdman Məktəbinin, "Neftçi", "Təhsil", "Spartak", "Sərhədçi", "Zirvə", "Bakı" peşəkar idman klublarının və Nizami rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin yetirmələri iştirak edəcəklər.

Bununla yanaşı Sumqayıtdan iki, Gəncədən, Xırdalandan və ilk dəfə olaraq Qusardan bir, Gürcüstandan üç, Qazaxıstandan dörd və Türkiyədən altı gimnast çıxış edəcək.

Məlumat üçün bildirək ki, gimnastlar altı yaş qrupuna (1997-99, 2000, 2001, 2002, 2003 və 2004-cü illər təvəllüdlü) bölünəcək və həm çoxnövçülük, həm də ayrı-ayrı növlər üzrə mübarizə aparacaqlar.

Xatırladaq ki, Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü Noha Əbuşabana da (Misir) fəxri qonaq qismində Bakı yarışmasına dəvət edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə