Şəhriyar Məmmədyarov ABŞ-ı təmsil edən erməni şahmatçıya qalib gəlib

Şəhriyar Məmmədyarov ABŞ-ı təmsil edən erməni şahmatçıya qalib gəlib

Cəbəllütariqdə "Tradewise" şahmat festivalı çərçivəsində təşkil olunan "Masters Open" turnirində doqquzuncu turun oyunları keçirilib.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2747) bu turda ağ fiqurlarla ABŞ-ı təmsil edən erməni şahmatçı Varujan Akopyanla qarşılaşmış və turnirdə sayca altıncı qələbəsini qazanıb.

Aktivində 7 xal olan Ş.Məmmədyarov turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Sonuncu turda qrossmeysterimizin rəqibi turnir cədvəlinin birinci pilləsində olan çinli Xou İfan olacaqdır.

"Masters Open" turnirində ümumilikdə 59 ölkədən 256 şahmatçı iştirak edir. Onlar İsveçrə sistemi ilə 10 tur oynayacaqlar.

Yarışın qalibini 20 min funt sterlinq, gümüş və bürünc medalın sahiblərini isə müvafiq olaraq 12 və 10 min funt sterlinq həcmində pul mükafatı gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə