Xəbər verdiyimiz kimi, futzal üzrə Azərbaycan millisi Avropa Çempionatının final mərhələsində ilk oyununu keçirib. Siasport.az saytının verdiyi xəbərdə bildirilir ki, Xorvatiyanın Zaqreb şəhərində yerləşən "Zaqreb Arena"da Portuqaliya yığması ilə keçirilən görüşdə Azərbaycan millisi 1:4 hesabı ilə məğlub olub.
Məlumat üçün bildirək ki, millimizin yeganə qolunu Rəcəb Fərəczadə vurub.
Xatırladaq ki, Azərbaycan yığması Avopa Çempionatında növbəti oyununu sabah Bakı vaxtı ilə saat 23:30-da Serbiya yığması ilə keçirəcək.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB