Baku Fires - Paris United: heyətlər açıqlanıb

Baku Fires - Paris United: heyətlər açıqlanıb

Fevralın 4-də saat 20:00-da "Sərhədçi" Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 8-ci turunun matçında Azərbaycanın Baku Fires və Fransanın Paris United komandaları qarşılaşacaq.

SİA-nın xəbərinə görə, komandaların heyətləri artıq açıqlanıb.

Baku Fires - Paris United

54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Samir Brahimi (Əlcəzair)

61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Abdelkader Şadi (Əlcəzair)

73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Mişel Tavares (Fransa)

85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Xrvoye Sep (Xorvatiya)

+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Filipp Xrqoviç (Xorvatiya)

Turnir cədvəli:

Baku Fires – 21 xal, döyüşlərin fərqi - 30-5 (7 matç)

Leipzig Leopards – 13, 20-15 (7)

Mexico City Guerreros – 13, 19-15 (7)

Paris United – 8, 11-18 (6)

Istanbul Bosphorus – 8, 14-21 (7)

Beijing Dragons – 3, 5-25 (6)

Bütün xəbərlər Facebook səhifəmizdə