“Lokomotiv” klubu Xorvatiyanın “Vizura” komandası ilə qarşılaşıb- FOTOSESSİYA

“Lokomotiv” klubu Xorvatiyanın “Vizura” komandası ilə qarşılaşıb- FOTOSESSİYA

Bu gün "Bakı İdman Sarayı"nda Voleybol üzrə Çağırış Kubokunun 8/1 Final mərhələsində Azərbaycanın "Lokomotiv" klubu Xorvatiyanın "Vizura" komandası ilə qarşılaşıb. Siasport.az saytı xəbər verir ki, qarşılaşmada Azərbaycan komandası yüksək səviyyədə oyun nümayiş etdirərək qalib gəlib. Məlumat üçün bildirək ki, qarşılıqlı hücumlarla başlayan 1-ci hissə 25:20 hesabı ilə "Lokomotiv"in xeyrinə başa çatıb. İkinci hissənin əvvəli bərabər səviyyədə keçib. Sonda "Lokomotiv" yenə 25:18 hesabı ilə qalib gəlib.


Qeyd edək ki, üçüncü hissədə vəziyyət "Vizura"nın xeyrinə dəyişməyə başlayıb. Belə ki, üçüncü hissənin sonlarında Xorvatiya təmsilçisi oyunda ilk dəfə 18:20 hesabı ilə irəli keçib. Nəticədə komanda 25:22 hesabı ilə üçüncü hissədə müvəffəqiyyət əldə edib. Lakin Dəmiryolçular 4-cü hissədə yenidən sükanı ələ keçirib. Nəticədə 3:1 hesabı ilə "Lokomotiv" klubu qalibiyyəti öz hesabına yazıb.


Xatırladaq ki, sabah "Bakı idman sarayı"nda 1/8 FİNAL mərhələsinin növbəti qarşılaşması "Bakı" klubu ilə "Zok Rijeka" arasında keçiriləcək.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə