Azərbaycan və Rusiya şahmatçıları martda yoldaşlıq görüşü keçirəcəklər

Azərbaycan və Rusiya şahmatçıları martda yoldaşlıq görüşü keçirəcəklər
Martın əvvəlində Moskvada şahmat üzrə Rusiya və Azərbaycan yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək.
Siasport.az saytının xəbərinə görə, komandalar martın 2-6-da vaxta klassik nəzarətlə müşayiət olunan Şeveningen sistemi ilə oynayacaqlar: hər komanda beş nəfərdən ibarətdir və hər bir şahmatçı hər oyunçu ilə cəmi bir dəfə oynayır. Martın 7-8-də isə həmin oyunçular sürətli şahmat üzrə yarışacaqlar.Hər iki yığma bu turnirə Olimpiadaya mühüm hazırlıq mərhələsi kimi baxır. Komandaların güclü heyətlə çıxış edəcəkləri gözlənilir. Görüş keçirmək təşəbbüsü Rusiya tərəfinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə