Dünən Bakının "Neftçi" futbol klubuna 1:3 hesabı ilə məğlub olan Polşanın "Poloniya" futbol klubunun 20 yaşlı yarımmüdafiəçi Pavel Vsolek, "ağ qaralar"ı Özbəkistan "Paxtakor"undan qat-qat güclü komanda hesab edir. Siasport.az saytı xəbər verir ki, polşalı futbolçu, Çeçenistan prezidenti Əhməd Kadirovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin "Neftçi" ilə oyunu (1:3) haqda fikirlərini açıqlayıb: "Neftçi" ilə oyunun asan olmayacağını bilirdik. Çünki rəqib yaxşı komandadır. Onlar bunu bizimlə qarşılaşmada da göstərdilər. "Neftçi" futbolçuları hər top uğrunda mübarizə aparırdılar. Hiss olunurdu ki. yaxşı hazırlıq keçmiş texnikalı komandadır. Düşünürəm ki, "Neftçi" "Paxtakor"dan daha güclüdür. Çünki bu komanda topla daha yaxşı rəftar edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB