Eden Hazard "PSJ"nin transfer təklifindən niyə imtina edib?

Eden Hazard "PSJ"nin transfer təklifindən niyə imtina edib?
Fransanın "Lill" klubunun hücumçusu Eden Hazardın bir başqa fransız futbol klubu olan "PSJ"nin transfer təklifindən imtina etməsinin səbəbi məlum olub. Siasport.az saytı xəbər verir ki, o bunu futbol koryerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyi ilə əlaqələndirib: "İndiyə qədər "Lill"in heyətində 100-dən çox oyuna çıxmışam. Hazırda yaxşı formadayam. PSJ-dən təklif aldım. Ancaq bunu qəbul etmədim. Demirəm ki, PSJ zəif komandadır. Sadəcə, karyeramı İngiltərə Premyer Liqasında davam etdirmək istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə