Pepe "Real"dan ayrılır?
Son zamanlar Madrid "Real"ında oynadığı futboldan daha çox yaratdığı qalmaqallarla ad çıxaran Pepe, deyəsən kral klubunu tərk etməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, bu intizamsız futbolçunun xidmətində daha çox ingilis və sərt futbol oynamaqları ilə diqqəti çəkən italyan futbol klubları maraqlıdırlar. İspaniya mətbuatı isə yazır ki. baş məşqçi Joze Maurinyo portuqaliyalı həmyerlisinin komandadan getməsinə qarşıdır. Amma sözsüz ki, son söz "Real" rəhbərliyinindir.

Bütün xəbərlər Facebook səhifəmizdə