Azərbaycan Alpinist Turist Klubunun və Alpinistlər Federasiyası rəyasət heyətinin üzvü İsmayıl Əsgərov İranda Damavənd sönmüş vulkanına qalxacaq. Siasport.az saytı xəbər verir ki, Tehrandan 70 kilometr kənarda yerləşən bu dağın hündürlüyü 5670 metrdir. Azərbaycan Alpinistlər Federasiyasının saytında yerləşdirilmiş məlumarda deyilir ki, Damavənd İranın ən uca dağ zirvəsi və Asiyanın ən yüksək vulkanıdır. İsmayıl təcrübəli alpinistdir. O, Xan Tengri, Korjenevski və Kommunist piklərini fəth edib. 2011-ci ilin yazında Everestə ekspedisiya zamanı İsmayıl 8600 metr hündürlüyü qət etsə də, pis hava şəraiti üzündən geri qayıtmalı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB