Azərbaycanı boks üzrə Avropa birinciliyində hansı idmançılar təmsil edəcək?

Azərbaycanı boks üzrə Avropa birinciliyində hansı idmançılar təmsil edəcək?
Boks üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, yarışda 226 idmançı mübarizə aparıb. Birincilikdə "Rabitə" İdman Cəmiyyətinin boksçuları Elnur Şəfizadə (48 kq), Məsud Yusifzadə (52 kq), Orxan Əliyev (54 kq), Şamil İbrahimzadə (57 kq), Ramin Haciyev (66 kq), Şamil Əliyev (70 kq) və Nicat Sadıqov (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər çəki dərəcələrində mübarizə aparan Xəyyam Məmmədov (46 kq), Tayfur Əliyev (50 kq), Cavid Quliyev (60 kq), Sirac Süleymanov (63 kq), Orxan Əliyev (80 kq) və Nicat Muradlı (80 kq-dan yuxarı çəki dərəcəsi) respublika birinciliyinin qalibi olublar. Ümumi komanda hesabında "Rabitə" İdman Cəmiyyəti, "Neftçi" İdman Sağlamlıq Mərkəzi, "Qızıl Əlcək" klubu fərqləniblər. Qeyd edək ki, qaliblər iyunda Bolqarıstanın Sofiya şəhərində təşkil olunacaq yeniyetmələr arasında Avropa birinciliyində mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə