Qəbələdə “Offroad” avtomobil yarışı keçirilib

Qəbələdə “Offroad” avtomobil yarışı keçirilib
Qəbələdə "Offroad" avtomobil yarışı keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstandan 35 heyət iştirak edib. Yarışda B kateqoriyalı sürücülük vəsiqəsinə malik şəxslər pilot və şturman qismində iştirak ediblər. Əvvəlcə püşkatma mərasimi keçirilib və heyət üzvlərinə üç rəqəmli start nömrələri təqdim olunub. Sonra avtomobillər texniki komissiyadan keçirilib. İştirakçılar üç kateqoriya üzrə ekstremal yol şəraitində avtomobillərin idarə olunmasında bacarıqlarını nümayiş etdiriblər. Sonda hər bir kateqoriya üzrə ilk üç yeri tutmuş idmançılara fəxri fərman və medallar təqdim olunub. Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası "Offroad" İdman Klubu, "Qafqaz Riverside Resort Hotel" və Autotime ATV-nin təşkilatçılığı ilə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə