Avropa-2012 çempionatının iştirakçısı olan ölkələrin polis işçiləri Kiyevdə konfransa toplaşacaqlar
2012-ci ilin futbol üzrə Avropa çempionatının iştirakçısı olan ölkələrin hüquq mühafizə orqanlarının nümayəndələri Kiyevdə ictimai asayişin mühafizəsi məsələlərinə dair konfrans keçirəcəklər.
Bu barədə Ukrinforma Ukrayna daxili işlər nazirinin müavini Viktor Ratuşnyak məlumat verib.
V.Ratuşnyak deyib: "Fevralın 16-da Kiyevdə"Avropa-2012" çempionatının ev sahibi və iştirakçısı olan ölkələrin, habelə tranzit dövlətlərin polis idarələri nümayəndələrinin beynəlxalq konfransı keçiriləcəkdir".
Tədbirin iştirakçıları çempionat zamanı təhlükəsizlik və asayişin mühafizəsi məsələlərini müzakirə edəcəklər. Bundan başqa, Ukrayna DİN-in nümayəndələri "Avropa-2012" çempionatı zamanı Ukraynada çalışacaq başqa ölkələrin polis əməkdaşları üçün iş yerlərinin yaradılmasından danışacaqlar.
Nazir müavini demişdir: "Biz DİN-də 40 iş yeri hazırlayırıq. Bu, kompüter texnikası və videotexnika ilə təchiz edilmiş operativ qərargah olacaqdır. Mayın 1-dək hər şey hazır olacaqdır".
Xəbər verildiyi kimi, "Avropa-2012" çempionatının final hissəsi iyunun 8-dən iyulun 1-dək davam edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB