Futbolu buraxacağını elan edən Roberto Karlos Süleyman Kərimovun köməkçisi işləyəcək

Futbolu buraxacağını elan edən Roberto Karlos Süleyman Kərimovun köməkçisi işləyəcək
Dünya futbolunun daha bir canlı əfsanəsi futbolla vidalaşmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, məşhur braziliyalı futbolçu, Madrid "Real"ının və İstanbulun "Fənərbaxça" futbol klubunun keçmiş futbolçusu Roberto Karlos bu ilin sonunda karyerasını başa vuracağını açıqlayıb. İspaniyanın "Marça" qəzetinə danışan braziliyalı ulduz "Anji"nin sahibi Süleyman Kərimovun köməkçisi işləyəcəyini bildirib: "Anji" ilə 2013-cü ilin iyun ayına qədər müqaviləm var. Ancaq çox güman ki, bu ilin dekabr ayında karyeramı başa vuracağam. Bununla belə, "Anji"dən ayrılmaq fikrində deyiləm. Komandada qalıb Süleyman Kərimovun köməkçisi işləyəcəyəm. Çünki Kərimov məndən komandanın gələcək inkişafına yardım etməmi xahiş etmişdi. Mən də razılıq verdim və bundan sonra da "Anji"nin uğuru üçün çalışacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə