Bu gün Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə növbəti oyunlar keçirilib. Siasport.az saytı xəbər verir ki, təxminən bir saat bundan əvvəl başa çatan qarşılaşmada turnirdə ölkəmizi təmsil edən Bakının "Neftçi" klubu, Polşanın "Poloniya" klubuna 3:1 hesabı ilə qalib gəlib. Komandamızın heyətində 22-ci və 39-cu dəqiqələrdə Bahadır Nəsimov, habelə qarşılaşmanın 90-cı dəqiqəsində Cavid İmamverdiyev fərqləniblər. Rəqibin heyətində isə 81-ci dəqiqədə Lukaş Teodorçuk fərqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB