George Hacı Azərbaycan futbolu haqqında danışdı!

George Hacı Azərbaycan futbolu haqqında danışdı!

"Bakı"nın Antalyada Rumıniya təmsilçisi "Panduri"yə qarşı yoxlama oyununu izləyənlər arasında tanınmış futbol mütəxəssisi, İstanbulun "Qalatasaray" futbol klubunun heyətində UEFA kuboku və UEFA superkubokunu qazanmış futbolçu, Rumınıya milli komandasının heyətində 125 iyun keçirirərək 35 qola imza atan əfsanəvi George Hacı da olub. Siasport.az saytı "Bakı" futbol klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Qalatasaray"ın əfsnə futbolçusu, "Bakı" - "Panduri" oyunu barədə fikirlərini bölüşüb: "Panduri" və "Bakı" arasında keçirilən yoxlama görüşünə bizim ölkədə böyük maraq var. Təsadüfi deyil ki, bu oyun canlı yayımlanır. Mən Antalyada olduğumdan bu görüşü canlı izləmək qərarına gəldim. Azərbaycanda bir çox tanışlarım var, onlarla tez-tez əlaqə saxlayıram. Dostlarım mənə sizin ölkənizdə futbolun sürətlə inkişaf etdiyini deyirlər. Görürəm ki, həqiqətən də, belədir. Azərbaycanda futbolun inkişafına önəm verən 1 nömrəli komanda, məhz, "Bakı"dır. Bu barədə məlumatım var. Klubunuz futbol naminə böyük işlər görür, bu təqdirəlayiqdir. Oyuna gəldikdə, qeyd edim ki, komandanızın heyətində səviyyəli futbolçular var. Sadəcə olaraq, onların bir-birilərinə tam uyğunlaşmadıqları görünür. Qol vura bilməsələr də, tez-tez qol epizodları yaradırlar. "Bakı" güclü komanda olduğunu göstərdi. Bu komandanın gələcəyini görürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə