Basketbol üzrə kişilər arasında 19-cu Azərbaycan Çempionatı keçirilir

Basketbol üzrə kişilər arasında 19-cu Azərbaycan Çempionatı keçirilir

Bu gün Heydər Əliyev adına İdman Konsert Kompleksinin İxtisaslaşdırılmış Basketbol Mərkəzində 2011-2012-ci illər mövsümündə basketbol üzrə kişilər arasında 19-ci Azərbaycan Çempionatının növbəti oyunları keçirilir.

Siasport.az saytı xəbər verir ki, bu gün 3 görüşün nəzərdə tutulduğu çempionatda artıq iki komanda üz-üzə gəlib. İlk görüş "Araz" –Naxçıvanla "BDU" arasında olub. Oyuna fəal hücumlarla başlayan "Araz" klubu oyunun sonuna qədər üstünlüyünü qoruyub saxlaya bilib. Belə demək mümkünsə rəqibə göz açmağa imkan verməyib. Muxtar Respublika təmsilçisi oyunu 147:54 hesabı ilə qalib başa vurub.

Qeyd edək ki, oyunda "Araz"-Naxçıvan klubunun basketbolçusu Amil Həmzəyev izləyicilərin diqqətini cəlb edib. Belə ki, 147 xalla qalib gələn komandasının 116 xalını məhz o qazandırıb.

Rəqibdə isə ən çox xla qazandıran oyunçu Hüseyin Mirhüseyinov olub. O, komandasına cəmi 21 xal qazandıra bilib.

Məlumat üçün bildirək ki, hazırda "Qala" BK ilə "NTL-Tudor" komandaları arasında mübarizə gedir. Bu oyundan sonra isə həftənin yekunu olaraq "Çağ Öyrətim" klubu ilə "AZTOP" qarşı-qarşıya gələcəklər.


Bütün xəbərlər Facebook səhifəmizdə