Berti Foqtsun başçılıq etdiyi futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq oyunu keçirəcəyi daha bir komandanın adına aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, millilərimiz fevralın 24-də, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində millimiz Sinqapur yığması ilə yoldaşlıq oyunu keçirəcək. Qeyd edək ki, millimizin fevralın 29-da Dubayda Fələstin, mayın 30-da Almaniyanın Frankfurt şəhərində Andorra, iyunun 5-də isə Minsk şəhərində Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcəyi barədə daha əvvəl xəbər vermişdik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB