Kazanda taekvondo üzrə Avropa təsnifat turnirinin təntənəli açılış mərasimi keçirilib
Rusiyanın Kazan şəhərində taekvondo üzrə London Olimpiadasının Avropa təsnifat turnirinin təntənəli açılış mərasimi keçirilib.
Siasport.az saytı Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər vrir ki, turnirin fəxri qonağı, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti və Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxış edərək idmançılara uğurlar arzulayıb. Sonra bədii hissə və turnirin final görüşləri keçirilib.Yarışın ilk günü qadınlar 49 kq çəki dərəcələrində, kişilər isə 58 kq-da mübarizə aparıblar. Turnirdə 39 ölkədən 120 idmançı iştirak edir.
Yanvarın 28-də Azərbaycan taekvondoçuları Təvəkkül Bayramovla (80 kq-dan yuxarı çəki dərəcəsi), Günay Ağakişiyeva (57 kq) mübarizəyə qoşulacaqlar. T. Bayramov yarışa ikinci mərhələdən başlayacaq. G. Ağakişiyevanın (57 kq) ilk rəqibi isə irlandiyalı idmançı Sonya Makkonel olacaq. Avropa Olimpiya təsnifat turnirinin mükafatçıları London Yay Olimpiya Oyunlarında iştirak edəcəklər. Təsnifat turnirinə ayın 29-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB