“Qarabağ” \"Neftçi\"ni UEFA kubokundan kənarlaşdıran komandaya uduzmadı
Antalyada qış təlim-məşq toplanışını davam etdirən Ağdamın "Qarabağ" futbol klubu növbəti yoxlama oyununda Rumıniyanın "Vasluy" klubu ilə qarşılaşıb. Siasport.az saytı xəbər verir ki, maraqlı keçən qarşılaşmada tərəflər hərəyə bir dəfə fərqlənərək, meydanı 1:1 hesablı heç-heçə ilə tərk ediblər. "Qarabağ"ın heyətində Zaur Həşimov fərqlənib. Xatırladaq ki, Rumıniyanın "Vasluy" klubu 2008-ci ildə Bakının \"Neftçi\" klubunu UEFA kubokundan kənarlaşdırmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB