"Qalatasaray" "Anderlext"dən transfer etmək istədiyi futbolçunun adını gizli saxlayır

"Qalatasaray" "Anderlext"dən transfer etmək istədiyi futbolçunun adını gizli saxlayır
İstanbulun "Qalatasaray" futbol klubu daha bir transferi reallaşdırmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, "cim bom" "gözaltı etdiyi" bir sıra ulduz futbolçuları transfer edə bilməsə də, heyətini gücləndirmək üçün futbolçu axtarışlarını davam etdirir. Belə ki, həm Türkiyə mətbuatı, həm də Belçika mətbuatı "Qalatasaray"ın "Anderlext"in ulduz futbolçularından birini transfer etməyə hazırlaşdığını yazırlar.
Məlumata əsasən İstanbul klubunun rəhbərliyi tərəfindən adı hələ ki, gizli saxlanılan "Anderlext"li futbolçun meneceri ilə də danışıqlara başlanılıb və bu məsələnin yaxın 3-4 gün ərzində başa çatacaq. Məlumatda xüsusi ilə vurğulanır ki, həmin futbolçunun transferi birbaşa baş məşqçi Fatih Terimin istəyi ilə reallaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə