Futbol oyunlarına biletlər onlayn-satılacaq

Futbol oyunlarına biletlər onlayn-satılacaq

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) futbol oyunlarına biletlərin onlayn-satışını təşkil etmək üçün FİFA-nın elektron ticarət sistemini tətbiq edir. SİA-nın aldığı məlumata görə, biletlərin onlayn-satışı yaxın iki ay müddətində başlayacaq və bunu AFFA-nın korporativ saytında həyata keçirmək mümkün olacaq. Yeni sistemin üstünlüyü fərdi biletlərin əldə edilməsi imkanıdır. Alıcılar əvvəlcədən stadionun tribunasının bütün sektorlarından görünüş rakursuna baxmaqla öz istəyinə uyğun olaraq tribunada yer seçə bilər.


Biletlərin satış qiyməti kredit kartları vasitəsilə həyata keçiriləcək. FİFA-nın elektron ticarət sistemi qlobal xarakter daşıyır və bir çox ölkələrdə tətbiq edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə