Xəbər verdiyimiz kimi, yanvarın 28-29-da Türkiyənin İstanbul şəhərində Türkiyənin keçmiş Güləş Federasiyasının sədri Vehbi Emrenin xatirsəinə həsr olunmuş turnir keçiriləcək. Siasport.az saytının federasiyanın rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Salih Bora, Şaban Donat və Mütalib Yerlikayanın rəhbərliyi altında 14 nəfərlik heyətlə çıxış edəcək Azərbaycan millisinin tərkibində 1 və 2 nömrəli idmançılar güclərini göstərəcək. Qeyd edək ki, yarışda məşqçilərlə yanaşı Azərbaycan Güləş Federasiyasının Baş Katibi Əjdər Cəfərov da iştirak edəcək. Ə.Cəfərov turnirlə bağlı fikirlərini belə ifadə edib: "Hər bir güləşçinin imkanı var ki, bu turnirdə uğurlu çıxış etsin və yerini möhkəmlətsin. Vehbi Emrenin xatirə turniri yunan-Roma güləşi üzrə ilin ilk Qızıl Qran-Pri turniridir. Bu baxımdan burada güclü idmançılar iştirak edəcək, güclü rəqabət olacaq". Məlumat üçün bildirək ki turnir boyu güləşçiləri izləyəcəyini vurğulayan baş katib, London Olimpiya Oyunlarına maksimum lisenziyaları əldə etmək, həm də yüksək hazırlıq prosesi keçmək əzmində olduqlarını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB