Xəbər verdiyimiz kimi, "Qarabağ"ın futbolçusu Qara Qarayev dizindən aldığı zədə səbəbindən müayinə olunmaq üçün Türkiyənin İstanbul şəhərinə səfər edib. Siasport.az saytının klubun rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, bu gün "Qarabağ"ın daha bir futbolçusu, yarımmüdafiəçi Əfran İsmayılov da İstanbula yollanıb. Qeyd edək ki, Ə.İsmayılovun bərpa və gücləndirici müayinəsi çox çəkməyəcək. Belə ki, futbolçu İstanbulda 3 gün ərzində müayinə olunub vətənə qayıdacaq. Məlumat üçün bildirək ki, futbolçunun yanvarın 31-də "Qarabağ"ın "Petrolul Ploiesti" klubu ilə keçiriləcək yoldaşlıq oyununda iştirak edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB