"Sumqayıt" klubu Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirir. Siasport.az saytı xəbər verir ki, Sumqayıt şəhərinin təmsilçisi bu gün növbəti yoxlama oyununa çıxacaq. Bernhard Raabın komandası əvvəlcədən planlaşdırıldığı kimi "Dinamo" Drezden klubunun əvəzediciləri ilə üz-üzə gəlməli idi. Lakin bəzi səbəblərə görə, "Sumqayıt"ın rəqibi dəyişib. Bakı vaxtı ilə saat 17:00-da baş tutacaq oyunda "Sumqayıt" Almaniyanın "FC Plauen" klubu ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB