Arsen Venger Burak Yılmaz haqqında danışdı...

Arsen Venger Burak Yılmaz haqqında danışdı...
İngiltərənin "Arsenal" futbol klubunun heyətində ilk türk futbolçu çıxış edə bilər. Siasport.az saytı xəbər verir ki, bir neçə gündür ki, həm Türkiyə, həm də İngiltərə mətbuatında "Trabzonspor"un və futbol üzrə Türkiyə millsinin forvardı Burak Yılmazın "Arsenal"a keçə biləcəyi barədə müzakirələr getməkdədir. Futbolçunun özü də mətbuata verdiyi açıqlamada koryerasını "Arsenal"da davam etdirmək istədiyini dilə gətirib. "Arsenal" azarkeşləri də internet saytlarında B.Yılmazın transfer olunması üçün rəhbərliyə çağırışlar səsləndirməyə başlayıblar.
Artıq baş məşqçi Arsen Venger də bu məsələyə münasibət bildirib. Fransız futbol mütxəssisi öz şəxsi twitterindən "Arsenal" azarkeşlərinə müraciət açıqlamasında bildirib ki, türkiyəli gənc hücumçunun "topçular"ın heyətinə cəlb olunması üçün komanda rəhbərliyinin bir sıra məsələləri götür-qoy etməsi lazımdır. A.Venger, komandaya energili və perspektivli futbolçuların transfer olunmasının vacibliyi ilə bağlı səsələndirilən fikirlərlə razı olduğunu deyərək, bu məsələdə tələsməyin yersiz olduğunu da dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə