"Qalatasaray" Sabri Sarıoğlu və Sərvət Çətinlə yolları ayırır

"Qalatasaray" Sabri Sarıoğlu və Sərvət Çətinlə yolları ayırır
İstanbulun "Qalatasaray" futbol klubu iki futbolçusu ilə yollarını ayırmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, "cim bom" artıq müqavilələri başa çatmaqda olan Sabri Sarıoğlu və Sərvət Çətinlə yeni müqavilə imzalamaq fikrində deyil. Türkiyənin nüfuzlu "Miliyyet" qəzeti yazır ki, klub rəhbərliyi, artıq fiziki imkanları tükənən və gözlənilən futbolu nümayiş etdirə bilməyən bu iki futbolçunu heyətdən kənarlaşdırmağa hazırlaşır. Baş məşqçi Fatih Terimin yeni və enerjili futbolçuları transfer etmək üçün ciddi işə girişdiyi bir zamanda, o artıq yaşları 30-u ötən bu iki futbolçunu heyətdə görmək istəmir. Türkiyə mətbuatı iddia edir ki, artıq "imperator" bu məsələ ilə bağlı "Qalatasaray" prezidenti Ünal Aysala fikrini çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə