Şəhriyar Məmmədyarov “Tradewise” şahmat festivalına liderlik edir

Şəhriyar Məmmədyarov “Tradewise” şahmat festivalına liderlik edir
Cəbəllütariqdə keçirilən "Tradewise" şahmat festivalının "Masters" açıq turnirinin 2-ci turu başa çatıb. Siasport.az saytı xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ağ fiqurlarla israilli şahmatçı Tamir Nabati üzərində qələbə qazanıb. Hesabında 2 xalı olan qrossmeyster turnir cədvəlinə liderlik edir. Növbəti, 3-cü turda idmançımızın rəqibi ingilis Naycel Şort olacaq. "Masters" turnirində 56 ölkədən 246 şahmatçı iştirak edir. İdmançılar İsveçrə sistemi üzrə 10 turda oynayacaqlar. Turnirə fevralın 2-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə