Sərbəst güləşçilərimiz Daşkənddə təlim-məşq toplanışı keçirlər

Sərbəst güləşçilərimiz Daşkənddə təlim-məşq toplanışı keçirlər
Sərbəst güləş üzrə gənclərdən ibarət Azərbaycan yığma komandası bu il keçiriləcək beynəlxalq yarışlara hazırlıq məqsədi ilə Daşkənddə təlim-məşq toplanışında iştirak edir.
Siasport.az saytı xəbər verir ki, milli komandamızın heyətində İxtiyar Quliyev (50 kq), Qalib Əliyev (55 kq), Pərviz İbrahimov (55 kq), Kənan Quliyev (60 kq), Axmednabi Qvarzatilov (60 kq), Elçin Məmmədov (66 kq), Bəxtiyar İsrafilli (66 kq), Elcan Usubzadə (74 kq), Kamran Yunusov (74 kq), Elmar İsmayılov (74) və Orxan Şərifov (84 kq) təmsil olunurlar.
Özbəkistan paytaxtında yanvarın 16-da başlamış təlim-məşq toplanışı bu ayın 30-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə