Tələbələrin Respublika spartakiadasının qalibləri mükafatlandırılıblar
Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) akt zalında orta ixtisas təhsili müəssisələri tələbələrinin X Respublika spartakiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, tədbirdə AHİK-in və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə gənclərə göstərilən qayğıdan danışıb, ölkə başçısının Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında gənclərin inkişafı, təhsil alması, işlə təmin olunması və sağlam böyüməsi üçün bütün məsələlərin yer aldığını vurğulayıb. Yaxşı oxuyan şagird və tələbələrə təqaüdlərin verildiyini diqqətə çatdıran S.Mehbalıyev qeyd edib ki, bundan əlavə, intizamlı, təhsil aldığı ali təhsil müəssisəsində fərqlənən tələbələrin bir qisminin təhsil haqqının 30 faizi ATİAHİRK tərəfindən ödənilib. Şagirdlər arasında inşa müsabiqəsinin keçirildiyini bildirən sədr qaliblərə pul mükafatının təqdim olunduğunu vurğulayıb, həmçinin gənclərimiz üçün yay düşərgələrinin təşkil olunmasının vacibliyini diqqətə çatdırıb. Yarışlarda ümumi komanda hesabında Bakı 2 nömrəli Baza Tibb Kolleci birinci, Bakı Biznes və Kooperasiya Kolleci ikinci, Bakı Rabitə və Nəqliyyat Kolleci isə üçüncü olublar. Tədbirin sonunda S.Mehbalıyev qalib komandaları təbrik edib, onlara diplomlar və hədiyyələr təqdim edib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB