“Qarabağ” "Neftçi"-ni UEFA Kubokundan kənarlaşdıran komandaya uduzub
Antalyada qış təlim-məşq toplanışını davam etdirən Ağdamın "Qarabağ" futbol klubu növbəti yoxlama oyununda məğlubiyyət acısı yaşayıb. Siasport.az saytı xəbər verir ki, bir neçə il bundan öncə Bakının "Neftçi" futbol klubunu UEFA Kubokunun təsnifat mərhələsindən kənarlaşdıran Avstriyanın "Rid" klubu ilə qarşılaşan Qurban Qurbanovun yetirmələri, meydanı 1:3 hesablı məğlubiyyətlə tərk etməyə məcbur olublar. Xatırladaq ki, "Qarabağ"ın yeganə qolunun müəllifi Rauf Əliyev olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB