Joze Maurinyo: "Futbolçularımın qələbəyə inamı yox idi"

Joze Maurinyo: "Futbolçularımın qələbəyə inamı yox idi"
Dünən "Nou Kamp"da əzəli rəqibi "Barselona" ilə qarşılaşmada 2:2 hesablı nəticə qazanaraq İspaniya Kubokundan kənarlaşan Madrid" "Real"ında vəziyyət kritk həddədir. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Joze Maurinyonun artıq "Real" rəhbərliyini təngə gətirən bu "məğlubiyyət seriyasından" sonra komandada qalacağı da şübhə altındadır. Artıq İspaniya mətbuatı portuqaliyalının "Real"dan ayrılmaq üçün gün saydığı barədə yazılar dərc etməyə başlayıb. Elə portuqaliyalı futbol mütəxəssisi də futbolçularının qələbədən daha çox məğlubiyyət barədə düşündüklərini dilə gətirib:
"Paltardəyişmə otağında buradan qələbə ilə ayrılmağımızın imkansız olması haqda sözlər eşitdim. Futbolçularımın qələbəyə inamı yox idi. Ona görə də qələbə topunu vura bilmədik. Hakimlər haqda isə danışmaq istəmirəm. Oyuna gəldikdə isə gərgin matç oldu. Ancaq qələbə qazansaydıq, əla olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə