Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən "Qəbələ" Futbol klubu, dünən axşam Ukraynanın "Kivbass" komandası ilə qarşılaşıb. Siasport.az saytının "Qəbələ"nin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, komanda aşağıdakı oyunçularla stadiona daxil olub.
Pavel Doroşev (Qrem Smit), Saşa Yunisoğlu (Sergey Sokolov), Daniel Kruz (Nodar Məmmədov), Lyubo Baranin (Stiv Olfers), Mahir Şükürov (Ürfan Abbasov), Bruno da Silva (Yaşar Abuzərov) , Veselko Trivunoviç (Tərzin Cahangirov), Deon Burton (Nuran Qurbanov), Luis Hilario Dodo (Arif İsayev), Viktor Mendi (Rövşən Əmiraslanov), Yannik Kamanan (Murad Hüseynov)
Qeyd edək ki, komandalar oyunun ilk hissəsini qolsuz bərabərliklə yekunlaşdırıblar. Qarşılaşmanın ikinci hissəsinin 70-ci dəqiqəsində "Kivbass"ın cərimə zərbəsindən vurduğu qol hesabı açıb. Beləliklə, komandalar arasında rəqabət daha da güclənib. Hesabın açılmasından 5 dəqiqə sonra Arif İsayev "Qəbələ"nin bərabərlik qolunu vurub. Lakin, bu qol oyunda son qol olmayıb, 82-ci dəqiqədə "Kivbass"ın oyunçusu Vladimir Lisenko vurduğu qolla komandasını irəli çıxarıb. Görüş elə bu hesabla da "Kivbass"ın qələbəsi başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB