Xəbər verdiyimiz kimi, "Neftçi" Futbol Klubunun əvəzedici heyəti təlim-məşq toplanışı keçirmək üçün Türkiyənin Antalya şəhərinə səfər edib. Siasport.az saytının klubun rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, "Neftçi" PFK-nın əvəzediciləri məşqlər çərçivəsində yoldaşlıq oyunu da keçiriblər. Baş məşqçi Elşad Əhmədovun rəhbərliyi altında çıxış edən komanda Moskva "Dinamo"sunun əvəzediciləri ilə görüşdə qalib gəlib. Görüş 1:0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb. Oyunda vurulan yeganə qolun müəllifi Emin Mehdiyev olub. Xatırladaq ki, Yanvarın 19-dan Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi", yanvarın 28-də Rumıniyanın U-21 yığması, fevralın 2-də isə Almaniyanın 3-cü Bundesliqa klublarından biri ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB