Dünən axşam futbol üzrə Türkiyə Superliqasının 22-ci turu çərçivəsində "Türk Telekom Arena"da "Ankaragücü"nü qəbul edən İstanbulun "Qalatasaray" futbol klubu, ilk hissədə daha çox əvəzedici komanda ilə meydana çıxıb. Siasport.az saytı xəbər verir ki, buna baxmayaraq Fatih Terimin komandası elə 4-cü dəqiqədəcə qol hesabını açıb. Belə ki, çox vaxt ehtiyat oyunçular skamyasında əyləşən Gokhan Zan başla topu rəqib qapısından keçirib. Bu qoldan 3 dəqiqə sonra isə Əmrə Çolaq ikinci qolu "Ankaragücü"nün qapısına vurub. Daha sonra ispaniyalı Riyera və komandanın yeni transferi olan Yigit Gokoğlan daha iki qol vuraraq hesabı 4:0-a çatdırıblar. Bununla da iri hesablı qələbə qazanan "Qalatasaray" xallarının sayını 50-yə çatdıraraq liderliyini bir qədər də möhkəmləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB